Arama
Azərbaycan qonur cins inəyi

Adı: Azərbaycan qonur cins inəyi.

Çarpazlaşmaya başlanıb: 1915-20-ci illər.

Cins kimi təsdiqlənib: 1960-cı il.


Haqqında digər bilgi:

Azərbaycan qonur cins inəyi, yerli malların əvvəl Şvis cinsi ilə, sonralar Lebedin və Kostroma cinsləri ilə çarpazlaşdırılması yolu ilə əmələ gəlmişdir.

Bəzi qaynaqlara görə Azərbaycanda bu qonur cinsini ilk dəfə 1915-20-ci illərdə Soltan bəyin qardaşı İsgəndər bəy, yerli malla Şvis cinsi malın çarpazlaşması nəticəsində əldə etmişdir. Daha sonralar isə Ş.Ə.Rəsizadə, S.Ə.Qocayev və başqaları tərəfindən aparılmış damazlıq işlərinin (çarpazlaşdırma) nəticəsində qonur malın yeni qrupu ortaya çıxmış və 1960-cı ildə damazlıq mal kimi təsdiq edilmişdir. Sovet vaxtında bu cinsin adının tək Azərbaycanla bağlılığına və milli cins olmasına qısqanclıqla yanaşıldığına görə bu cinsin adı Qafqaz qonuru kimi qeydə alınmışdır. Cinsin potensial imkanları daha da çoxdur. Yerli iqlimə uyğundur, xəstəliyə davamlıdır, örüş şəraitində yem ehtiyacını təmin edə bilir, yemə tələbatı azdır.

Azərbaycan qonur inəyinin süd məhsuldarlığı 2400-3000 kq, yaxşı bəsləmə şəraitində 4500 və daha çox olur. Süddə yağlığı 3,8-4,2% aralığında olur. Qonur cinsli inəklərdə südün yağlılığı II laktasiyada birinciyə nisbətən artır, III laktasiyada II laktasiya ilə müqayisədə cüzi miqdarda (0,04– 0,2%) azalır.

Canlı kütləsi inəklərdə 400-450 kq, cöngələrdə 700-750 kq-a çatır. Qonur cinsin erkək və dişi heyvanların eyni yaşda çəkiləri, eyni iqlimdə yaşamalarına, eyni yemləmə və qulluq şəraitində saxlanmalarına baxmayaraq bir – birindən kəskin surətdə fərqlənir. Belə ki, qonur cinsin 5 yaşlı öküzünün və inəyinin canlı kütləsi müvafiq olaraq 700 kq və 460 kq-a çatır ki, bunların fərqi 240 kq ola bilir. Müqayisə üçün qeyd edək ki, dişi və erkək heyvanların çəkiləri və aralarında kı, fərq simmental malında 500 – 550 kq, fərq 50 kq, qara – ala malda (holişteyn) 400 – 450 kq fərq 50 kq olur.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?