Arama
Azərbaycan Dəmir Yolları

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti 1878-ci ildə dövlət fərmanına əsasən Azərbaycanda ilk dəmir yolunun çəkilişinə başlanıldı və 1880-ci ilin 20 yanvar tarixində Azərbaycan Dövlət Dəmir Yolu yaradıldı.

Neftin daşınması uzun illər primitiv karvan üsulları ilə arabalarda yerləşdirilmiş taxta çəlləklərlə və tuluqlarla yerinə yetirilirdi. Belə üsul baha başa gəlməsi ilə yanaşı neft işinin inkişaf etdirilməsinə də maneə yaradırdı. Bunun üçün də neft istehsalçıları böyük gəlirlər əldə edilməsi üçün dəmir yol xəttlərinin çəkilişinə yüksək maraq göstərməyə başladılar. Beləliklə, demək olar ki, Bakı nefti və onun sənaye istehsalı əvvəl Bakıda sonra isə bütün Azərbaycanda rels yolunun yaranmasına səbəb oldu. 1878-ci ildə Dövlət fərmanına əsasən Azərbaycanda ilk dəmir yolunun, uzunluğu 20 km olan Bakı – Suraxanı – Sabunçu xəttinin çəkilişinə başlanıldı. Tikinti 20 yanvar 1880-ci ildə başa çatdırıldı. Dünyada ilk dəfə olaraq nefti sisternlərdə daşımağa başladılar. Bu gün, tarixə Azərbaycanda dəmir yolunun əsasının qoyulması kimi düşdü. Sonrakı 20 il dəmir yol tikinitisinin yüksək inkişafı ilə qeyd olunmuşdur. 1883-cü ildə neftin Qara dəniz limanlarına çatdırılması üçün Bakı – Tiflis – Batumi, 1890-cı ildə isə Biləcəri – Dərbənd magistral xətləri çəkildi. 1900-cü ildə Dərbənd – Tixoretskaya xəttinin tikintisinin başa çatdırılmasından sonra Bakı şimal istiqamətində ümumrusiya dəmir yolları şəbəkəsi ilə birləşdirildi, bu da Bakı neftinin dəmir yolu ilə Rusiyanın mərkəzi və qərb rayonlarına çatdırılmasına imkan yaratdı.

Azərbaycanda ilk dəmir yolarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilıirdi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatıdrıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi.

Azərbaycan Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır. Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.

Azərbaycan Dəmir Yolları
Azərbaycan Dövlət Dəmir Yolu baş qərargahı
Azərbaycan Dəmir Yolları
Azərbaycanda ilk dəfə çəkilmiş Sabunçu-Suraxanı dəmiryolu
Azərbaycan Dəmir Yolları
Sərnişin qatarları parkının yenilənməsi
Azərbaycan Dəmir Yolları
"Aeroexpress Stadler KISS" sürət qatarı
Yazar: Rüstəm Abbasov Oxunma: 155 Bölmə: Qurumlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?