Hər bilgini əhatə edən bitig
Adı: Ay vadisi (rum vadisi)-ərəbcə yazılışı: وادي القمر (وادي رم)-.
Ölkə: İordaniya.
Sahəsi: 720 km 2.
Ən hündür yeri: 1750 m.
Haqqında digər bilgi:
Ay vadisi, İordaniyanın güneyində, tarixi şəhəri olan Akabe şəhərindən 60 km uzaqlıqda yerləşən vadidir. Birləşmiş Millətlər Təşkilatının Dünya mədəniyyətlər irsi siyahısına (UNESCO) salınmışdır.
Ətrafı çöllüklə (səhralarla) əhatə olunan Ay vadisi İordaniyanın başkəndi Ammandan 300 km məsafədədir. Ay vadisi, Petra tarixi şəhər ilə birlikdə İordaniyanın ən çox tanınan iki yerindən biridir. Ay vadisində Cəbəl um frut kimi təbii körpülərə rast gəlinməkdədir.
Qədim dövürlərdə Nəbatilər adı verilən qədim Ərəblərin bu vadidə yerləşməsi haqqında bilgilər vardır. Ərəbistanlı Lourens taxma adlı (ləqəbli) İngilis cəsusunun təhriki ilə Türk dövlətinə qarşı üsyan edən Ərəb üsyançılarının bu vadidə bir neçə dəfə gizləndikləri də iddia edilməkdədir.
Mars planetinə çox bənzədiyi iddia edilməkdədir. Bu üzdən tərkibində marsla əlaqədar fraqmetlər olan və ya mars planetinə aid olan bir çox filimlər burda çəkilmişdir.
Ay vadisinə turist səfərləri təşkil edilir. Turistlər mütləq şəkildə bələdçilərin müşaəti ilə hərəkət edirlər. Vadidə azmaq, susuz qalmaq və çox yüksək istidən təsirlənmək olasılığı (ehtimalı) yüksəkdir.