Arama
Axanlar (axabilən cisimlər)

Adı: Axanlar (axabilən cisimlər).


Haqqında digər bilgi:

Axanlar (axabilən cisimlər), maye və qaz şəklində olan cisimlərdir, ya da adi vəziyyətdə (təbiyyətdə) bərk halında olan cismin maye və qaz halına çevrilmiş şəklidir. Axın maye və qaz şəklində olan cisimlərin, ya da bərk cisimlərin maye və qaz halına çevrilmiş şəklinin mexaniki hərəkətidir.

Axınlar iç axın və çöl axın olmaqla iki şəkildə mövcud olur. Bağlanmış, daxilə alınmış, çevrəsi fiziki bir çəpərlə məhdudlaşdırılmış axınlar iç axınlar adlanır. Boru içiylə axan axın iç axınlara örnəkdir. Fiziki bir yapının çölü ilə gerçəkləşən axın isə çöl axındır. Örnəyin, ox gedən zaman, təyyarə gedən zaman, su altı qayıq üzən zaman, adam üzən zaman və b. onlarını ətarfından əmələ gələn hava və maye axınları çöl axılarıdır.

Axınların hərəkəti, axın surəti, sərfiyyatı (həcimsəl surət), kütləsəl surəti, axının təzyiqi kimi göstəriciləri əsas götürülərək öyrənilir. Axının hərəkətin öyrənən zaman əasən davamlılıq tənliyi və təzyiqlər (Bernulli) ilkəsi tənliyindən istifadə olunur.

Fizikada axanların hərəkətin öyrənən nəzəriyyələr və fizika bölməsi mövcuddur.

Yazar: Şükür Məhişoğlu Oxunma: 163 Bölmə: Fizika
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?