Arama
Avesta (kitab)

Adı: Avesta.

Tarixi: M. ö. 2000-ci illər (tartışmalı).


Haqqında digər bilgi:

Avesta, Zərdüşlər üçün müqəddəs hesab olunan Zərdüş dininin kitabı.

Avesta kitabının ortaya çıxışı Zərdüşlə bağlıdır və m. ö. 2000-ci illərə qədər keçmişinin olduğu iddia edilməkdədir. Kitab zərdüş inancının müqəddəs kitabı hesab olunur və kitabda zərdüşlərin necə yaşaması və fəaliyyət göstərməsi üçün çərçivə qaydalar verilmişdir. Geldner və bəzi araşdırmacılar avesta sözünün farsça upasta sözündən törədiyini və anlamının əsas, təməl, təməl mətin/yazı olduğunu qeyd edirlər. Hindli araşdırmacı Dhalla isə avesta sözünün anamının bilgi olduğun iddia etməkdədir. Avesta sözü bəzi yerlərdə “ebestâ”, “vestâ”, “est”, “estâ”, “evîstâ”, “bestâk”, “ebestâk”, “ebestâğ”, “efestâ”, “epestâ” və digər sözlərlə ifadə edilsədə anlamı dəyişməz olaraq qalmaqdadır.

Tarixi

Zərdüşlərə və ya avestaçılara görə avestanın bir hissəsi Zərdüşün özü tərəfindən yazıya alınmış, bir hissəsi ya şifahi şəkildə zərdüşlərin yaddaşında qalmış ya da başqaları tərəfindən yazılı olaraq qeyd edilmişdir.

Zərdüşlərin iddiasına görə avesta Əhəmənilər (Ahâmenişlər) dönəmində arami dilində qızıl həriflərlə öküz dərisinə yazılmış və xəzinədə saxlanılırmış. Makedoniyalı İsgəndər iranı ələ keçirdikdə bu avesta kitabını yandırmışdır. Daha sonra part (fars) hökmdarı I Belaş yenidən avestanı yazılarını bir kitab şəkilində toplatmış və Urumiya (Urmiya) atəşkahına vermişdir.

Digər qaynaqlara görə isə şifahi şəkildə yaşadılan avesta düşüncələri, Sasanilər dönəmində zərdüşlük inancının rəsmi səviyyəyə qalxması və güclənməsindən sonra yazıya alınmışdır. Kitab, arami yazısı əsasında tərtib edilmiş orta farça əsas alaraq hazırlanmış “avesta dilində” yazılmışdır. Bir müddət sonra Avesta dili ölü dilə çevrildiyi üçün avesta kitabı orta farsçaya çevrilmişdir. Zərdüş inancının böyüklərinində (din adamlarınında) qəbul etdiyi sonuncu yazıya alma IV yüz ildə II Şapur zamanında yuxarıda qeyd edildiyi kimi “avesta dilində” aparılmışdır. VI yüz ildə isə I Husrev zamanında isə orta farsçaya çevrilmiş və təfsirləri hazırlanmışdır. Lakin, bu nüxsələrin necə olması haqqında bir bilgi yoxdur. Bəzilərinin iddiasına görə iran İslam ordusu tərəfindən fəth edildiyi zaman bu nüxsələr yandırılaraq məhv edilmişdir.

Elmə məlum olan ən köhnə avesta kitabı nüxsəsi isə iddiaya görə 13-14-cü yüz illiklərə aiddir. 21 “nesk” (kitab, cilid, başlıq) və 5 bölümdən ibarət olmuşdur. Bəzi tədqiqatçılara görə 1174-cü ildən 1761-ci ilə qədər avestada yazılanları zərdüşlərdən (zərdüş dininə inananlardan) başqa kimsə heç nə bilmirdi. Fransız səyyahı Anquetil-Du Perron 1755-ci ildə hindistanda zərdüşlərlərin içində fəaliyyətə başlamış, avesta dilində öyrənmiş və avestanı fransızcaya tərcümə etmişdir.

İçəriyi

Avestanın içəriyi əxlaq, adət və ənənələr, mənəvi həyat, pislikdən çəkinmə, fəzilət, dini mərasimlər, məzdiyə inancı və onun tələbləri, kainatın yaradılması, dünya və axirət, qiyamət, ölümdən sonrakı həyat, mifoloji və qəhrəmanlıq hekayələri, astronomiya, astrologiya, hüquq qaydaları, dünyanın quruluşu, təbabət, Zərdüştün uşaqlığı və şərdən uzaq olması, hökmdar Qoştasp, Zərdüştün Qoştaspa təsiri, ədalət, qurtuluş yollar, ölkə idarəsi, ordu, qohumlarla evlilik, iman prinsipləri, ruhanilər, axirətdə mükafatlar və cəzalar, çirkinlikdən və murdarlıqdan təmizlənmək, şərdən qorunma, ölümdən sonra ruhun necə olması, Ahuramazda və müqəddəs ölməzlərə təriflər.. və digər mövzuları əhatə etməkdədir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 134 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?