Arama
Ataq, Adaq (söz)

Söz: Ataq (Adaq).

Söz anlamı: Ümumi anlamda: Söz vermək, İnanc anlamında: qurban kəsəcəyinə söz vermək, nəzir vermək.

Dil kökəni (mənşəyi): Türkçə.

Söz kökəni: At (ad).

Söz kökənin anlamı: Adını verən, adının məsuliyyətini daşıyan, öz adına hörmət edən.


Haqqında digər bilgi:

Ataq ( Adaq) at/ad sözündən törəmiş, günümüz Türkçəsində anlamı söz vermək, nəzir vermək, qurban kəsməyə söz vermək olan köhnə Türkçədə bir sözdür.

Köhnə Türklərdə dedikləri söz onların adı ilə bir başa bağlılığı olub. Belə ki, dedikləri söz və etdikləri hərəkət onların adına yazılırmış. Odur ki, söz vermək adını girov qoymaq, başqa sözlə söz vermək ad vermək, adınla cavab vermək anlamına gəlirdi ki, buna da ataq (adaq) deyirmişlər.

Sonrada Ataq/Adaq sözü bu anlamdan törəyərək başqa anlamlarda işlədilməyə başlanmışdır. Ataq sözü özünü irəli atmaq, sipər etmək, hücum etmək anlamında, Adaq sözü nəzir vermək, qurban vermək, sədəqə vermək, Yaradan qarşısında öhdəçilik daşımaq anlamında işlədilmişdir.

Adaq qurbanı və ya adaq orucu ifadələrində adaq sözü günümüzdə işlədilən əhd sözünün Türkcə qarşılığınada bərabərdi. Adaq qurbanı söz verdiyi üçün qurban kəsmək, adaq orucu söz verdiyi üçün oruc tutmaq deməkdir.

Günümüzdə Türkiyədə adaq sözündən törəmiş adamaq (adamak) sözü, özünü bir işə həsr etmək anlamında hələdə istifadə edilməkdədir.

Yazar: Şükür Məhişoğlu Oxunma: 175 Bölmə: Dil və sözlər
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?