Arama
Ataçay çayı

Adı: Ataçay çayı.

Başlanğıcı: Altağac milli bağı (parkı) (39 T, 320921.20 d D, 4528287.15 m K).

Sonu: Xəzər dənizi (39 T, 347106.46 d D, 4550385.13 m K).

Uzunluğu: 47.3 km.

Olduğu yer: Xızı-Siyəzən bölgəsi.

Keçdiyi yerlər: Azərbaycanın Xızı və Siyəzən ilçələri.

Təmizlik durumu: Yaxşı.


Haqqında digər bilgi:

Ataçay çayı, Azərbaycanın Xızı ilçəsində yerləşən Altıağac milli bağından başlanğıcın (39 T, 320921.20 d D, 4528287.15 m K) götürən, quzey-doğu istiqamətində uzanaraq, Azərbaycanın Siyəzən ilçəsi ərazisində (39 T, 347106.46 d D, 4550385.13 m K) Xəzər dənizinə tökülən çaydır. Mənbəyi 1760 metr yüksəklikdə yerləşir. Adının anlamı böyük çay deməkdir.

Ataçay çayı Xızı rayonunun Xələc kəndi ilə Fındığan kəndi arasında (39 T, 334979.17 d D, 4534196.29 m K) güneydən gələn qolu ilə birləşir. Ataçay böyük Qafqazın quzey-doğu yamacından və mənsəbi okean səviyyəsindən aşağı olan çaylar qrupuna aiddir. Ataçay çayı Azərbaycanın daxili çaylarındandır. Ataçayın sağ sahilində, Fındığan kəndi ərazisində qədim qəbir qalıqları aşkar edilmişdir.

Ataçay çayında su, əsasən (təxminən 45%) yağışın, (təxminən 20%) qarın və (təxminən 35%) yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır). Yaz aylarında çayın sonu (mənsəbi) ətrafında daşqınlar olur. Çayda su sərfi 5 m3/saniyə ilə 9 m3/saniyə arasında dəyişir.

Ataçay çayı
Ataçay çayının xərtədə yerləşməsi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 37 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?