Arama
Asif Əfəndiyev (Asif ata) və inancı

Tam adı: Əfəndiyev Asif Qasım oğlu.

Ləqəb adı: Asif ata, İnam ata.

Doğum tarixi: 25 sentyabr 1935-ci il.

Doğum yeri: Qərbi Azərbaycanın Çəmbərək bölgəsinin, Çaykənd kəndi.

Atası: Qasım.

Anası: Növrəstə.

Soyu: Qaraqoyunlu (iddia, tartışmalı).

Ölüm tarixi: 5 iyun 1997-ci il.

Ölüm yeri: Ağstafa.


Görəvi: Ədəbiyyat, etika və estetika müəllimi.

Gördüyü iş: Öz düşüncələrini yaymaq.


Həyat yoldaşı: Birinci həyat yoldaşının adı bilinmir, ikinci həyat yoldaşı Raya Əfəndiyeva.

Övladı: Fuad.


Düşüncələri:

Asif Əfəndiyevin düşüncələri, qərbin liberal ədəbiyyatından, şərqdə ortaya çıxmış rituallardan (zərdüşlük-atəşpərəstlikdən, 1) və Türk ülküsündən təsirlənərək qarışıq şəkildə ortaya çıxmışdır. Allaha inanmır (2), min illərlə formalaşan Türk törəsinə əks bir qayda-qanun, adət-ənənə qurmaq üçün çalışır. Bunun düşüncələrinə uyğun qaydalara ilə yaşayacaq yeni bir xalq yaratmağı xəyal edirmiş. Bu işdə qədim Türk sözlərindən, qədim Türk (Göktürk, Orhun-Yenisey) əlifbasının və ülküsünün təhrif edilmiş formasından istifadə etmişdir və ya davamçıları hal-hazırda etməkdədir (3). Düşüncənin əsası İslam dininə və əsil Türk ülküsünə müqavimət üzərində qurulmuşdur. Düşüncələrinin İslam dini, millətçilik və o cümlədən Türkçülüklə yaxından-uzaqdan bir əlaqəsi yoxdu. Düşüncəsinin mahiyyəti isə cəmiyyətdə və dünyada olan çətinliklərdən xilas olmaq üçün Asif Əfəndiyevin dediklərinə, məsləhətlərinə, doğru bildiyi ideyalarına qulaq asmaq və yerinə yetirilməli olan tədbirləri hərifiyən yerinə yetirməyin gərəkli olmasına inanmaqdır. Özünü və dediklərini yeganə (mütləq) həqiqət, özünü isə böyük, yolgöstərən, peyğəmbər hesab edirdi (4). Yazdığı kitabların müqəddəs olduğunu iddia etmişdir və hal-hazırda davamçıları iddia etməkdədir. İnsanları, ancaq onun dediyi yolla getsələr xilas ola biləcəklərinə inandırmağa çalışırdı (5).

Fəaliyyəti:

Bütün fəaliyyəti öz düşüncələrini yaymaq və özünə tərəfdar toplamaqdan ibarət olub. Bu məqsədlə Ocaq adlı təşkilatda təsis etmiş, bu təşkilat çərçivəsində təbliğat aparmış və tərəfdar toplamışdır.

Ardıcılları:

Onun düşüncələrini qəbul edən ardıcılları onu ata olaraq çağırır. Onu ulu peyğəmbər qəbul edərək və ona səcdə edirlər. Ardıcılları Asif Əfəndiyevin sistemləşdirdiyi düşüncəyə uyğun olan adlar götürür, bu düşüncəyə uyğun qaydalarla evlənir, ölən şəxslərini dəfn edirlər.


1,2,4,5: Asif ata (İnam ata), On kutsal bitiqin (Onluğun), Yan bitiqləri, (Mütləqə inam fəlsəfəsi və ruhaniyyatı), İkinci yan bitiq: Yollaşan aqibət, Atakənd – 33, Qanun nəşriyyatı – 2011.

3: Özləri tərəfindən uydurulmuş hərifləri Türk əlifbası olaraq təqdim etmişlər: asifataocagi.com/turk-abesi/.

Yazar: Şükür Məhişoğlu Oxunma: 508 Bölmə: İnanclar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?