Arama
Arpaçay çayı

Adı: Arpaçay çayı.

Başlanğıcı: Basarkeçər dağ silsiləsi (38 T, 546794.20 d D, 4428305.17 m K).

Sonu: Araz çayı (38 S, 495429.65 d D, 4368739.35 m K).

Uzunluğu: 98 km.

Olduğu yer: Dərələyəz və Naxçıvan bölgələri.

Keçdiyi ölkələr: Hayıstan və Azərbaycan.

Təmizlik durumu: Yaxşı.


Haqqında digər bilgi:

Arpaçay çayı, indiki Hayıstanın (Ermənistanın) ərazisinə daxil olan Dərələyəz (Vayots Dzor) elində yerləşən Basarkeçər dağ silsiləsindən başlanğıcın (38 T, 546794.20 d D, 4428305.17 m K) götürən, güney-batı istiqamətində uzanaraq, Azərbaycanın, Naxçıvan elinin, Şərur ilçəsinin, Qarahəsənli kəndi yaxınlığında (38 S, 495429.65 d D, 4368739.35 m K) Araz çayına tökülən çaydır. Mənbəyi 3028 metr yüksəklikdə yerləşir. Adının anlamı aparan çay, yəni bol sulu, iti axan çay deməkdir.

Arpaçay çayı hal-hazırda Hayıstanın ərazisi hesab olunan Əpir, Qoytur və Ağyar kəndləri arasında (38 S, 526398.87 d D, 4398623.12 m K), öz növbəsində 4 kiçik qolları toplayaraq doğudan axan qolu ilə birləşir. Arpaçay çayı mənsəbi oken səviyyəsindən yuxarı olan çaylar qrupuna aiddir. Arpaçay çayı xalq təsərrüfatında mühim rol oynamaqdadır. Naxçıvan elində arpa çay üzərində bir Arbapay su saxlancı və bir dənə də Su elektrik stansiyası tikilmişdir.

Arpaçay çayında su, əsasən (təxminən 50%) yeraltı, (təxminən 35%) qar və (təxminən 15%) yağış suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır). Yaz aylarında çayın sonu (mənsəbi) ətrafında daşqınlar olur. Əmələ gələn suyun 50%-i yazda, 20%-i yayda, 19% faizi payızda və 11%-i qışda axır. Çayda su sərfi 11 m3/saniyə ilə 21 m3/saniyə arasında dəyişir.

Arpaçay çayı
Arpaçay çayının xəritəsi.
Yazar: Şükür Məhişoğlu Oxunma: 22 Bölmə: Coğrafiya
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?