Arama
Amişlər (xristian təriqəti)

Amişlər, Anadoluda da yaşamış xristian təriqəti topluluğudur. Avropada katoliq kilsəsinin basqı və qətliyamlarından qaçaraq 16-cı əsrdə İstanbul, İzmir və Qarsada yaşamışlar. 20-ci əsrin əvvəllərində ABŞ və Kanada ərazilərinə köçmüşlər. Amiş xiristian təriqətinin XV əsrdə İsveçli Jakop Amman tərəfindən qurulduğu qeyd edilməkdədir. Günümüzdə sayları 200 min civarında olduğu düşünülməkdədir.

Amiş təriqətinin katolik və digər kilsələrdən ən böyük fərqi 18 yaşından əvvəl uşaqların vəftiz (xaç suyuna salınması) olunmasına qarşı olmalarıdı. Amişlər adamın 18 yaşına qədər onun yerinə seçilmiş dini seçimin onun deyil başqalarının seçimi olduğuna inanırlar.

Günümüzdə çox ABŞ-ın Penesilvaniya bölgəsində yaşayan Amişlər hələ də bütün müasir texnoloji imkanlardan imtina edərək 17-ci əsrin həyat tərzinə uyğun yaşamaqdadılar. Əsas məqsədləri adət-ənənələrini qorumaq olan bu təriqət üzvləri evlərində hələ də şam və kerosin lampaları işığında yaşayırlar. Elektrik enerjisindən imtina etmişlər.

Dəb, mobil telefon, televizor, internet kimi bütün müasir imkanları rədd edən bu təriqət üzvləri, Allahın onlara verdiyi hədiyyə düşüncəsi ilə ən azı 7 uşaq dünyaya gətirərək saylarını daim artırmağa çalışırlar. Onlar övladlarının müasir məktəblərdə yalnız 8-ci sinfə qədər təhsil almalarına icazə verirlər. Sonra öz məktəblərində oxumağa davam edirlər.

Evlərində televizor, qabyuyan maşın kimi həyatı qolaylaşdıran əşyalar olmayan Amişlər, dindən uzaqlaşdırdığı düşüncəsi ilə foto çəkməyə də qarşı çıxırlar. Üzük taxmazlar, and içməzlər və dövlət məmuru, polis, əsgər olmazlar. Sığorta sistemindən imtina etmişlər. Xəstələnən zaman özlərinin qurduqları ortaq səhiyyə fondunda toplanan para ilə xəstələrini sağaldırlar.

Erkəklər saqqallarını uzadıb bığlarını qırxallar, evli qadınlar bəyaz, qızlar isə qara yaylıqla başlarını bağlayarlar. Hz. İsaya bağlılığlarından daha çox maranqozluq (dülgərlik) peşəsini seçmişlər. Taxta işi sahəsində peşəkarlaşan bu təriqət üzvləri Amerikada əl işi olan ən yaxşı mebellər istehsal etməkdədilər. Əkinçilik, heyvançılıq kimi işlərlədə məşğul olaraq öz ərzaqlarını özləri istehsal etməkdədilər.

Təriqəti ixtiyarlar yönətməkdədilər. İxtiyarların (ağsaqqalların) qaydalarına uymuyanları kənddən qovurlar və bir daha geri dönmələrinə icazə vermirlər.

Amişlər (xristian təriqəti)
Amişlər.
Amişlər (xristian təriqəti)
Amişlər.
Amişlər (xristian təriqəti)
Amişlər.
Yazar: Şükür Məhişoğlu Oxunma: 675 Bölmə: Topluluqlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?