Arama
Ağ orman (bəyaz orman)

Adı: Ağ orman (bəyaz orman).

Yeri: Bilinmir.

Haqqında qaynaq: Qorqut Ata kitabı (Kitab-i Dədə Qorqut).


Haqqında digər bilgi:

Ağ orman (bəyaz orman) coğrafi koordmatları məlum olmayan bir meşəyə verilən addır. Bəzi tədqiqatçılar tərəfindən Qorqut Ata (Kitabi Dədə Qorqut) kitabının III boyda (Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər, Xanım, hey...) ağ sazla eyni məna daşıdığı qeyd olunmaqdadır.

Qorqut Ata kitabında ağ orman haqqında Beyrəyin dilindən bilgi verir. Beyrək ozan libasmda Yaiançı oğlu Yalancuğun toy məclisinə gələrək Qazan bəyi belə tərifləyir: ...Amit suyunun aslanı, Qaracuğun qaplanı! Qonur atın ayası, xan Uruzun babası, xanım Qazan, ünüm anla, sözüm dinlə: Alan sabah durmuşsan, ağ ormana girmişsən...

M. F. Kırzıoğlu buranın Armavirdəki (Ernıənistan) Kutlu-kavak ormanı və ya Bayburt ovasında Sarı su səmtinə yaxın yer ola biləcəyi haqqında fikirlərin olduğunu qeyd edir.

Qaynaq: M. F. Kırzıoğlu, Dede Korkut Oğuznameleri. İsl., 1952 və Kitabi-Dədə Qorqud Ensiklopediyası, Bakı Yeni Nəşrlər Evi, 2000.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?