Arama
Afşin (Avşin, Abşin) bəy

Türk kakanlıqında Səlcuqlu soyunun hakimiyyəti zamanı böyük Türk başbuğlarından biri olan Afşin (Avşin >> Abşin) bəy Oğuz boyundan olan Avşar (Abşar) boyunun Horasanlı Türkmən ailəsindən olduğu qeyd edilir. Səlcuqlu qartalı olaraqda bilinməkdədir.

Tuğrul kankanın, Alparslan kakanın və Məlikşah kakanın dönəmlərində öncə Çağrı kanın (Tuğrul kakanın qardaşı) daha sonra Gümüştəkin bəyin buyruğunda Türklərin Anadolu səfərlərinə qatıldı.

Özəliklə Alparslan kakanın buyruğu ilə 1066-cı ildən başlayaraq Gümüştəkin bəyin başçılığı altında Afşin bəy Anadolunun fəthi üçün bir sıra hazırlıq işlərinə başladı. Ergani, Nizip və Nusaybin fəth edildi. Afşin bəyin başçılığı ilə Adıyaman yörələrinə akınlar başlandı.

Bu başarılı akınlardan sonra Gümüştəkin bəy, Afşin bəy və digər bəylər Ahlata döndülər. Təxminən 1067-1068-ci illərdə Gümüştəkin bəy vəfat etdikdən sonra Afşin bəy Anadoludakı Türk birliklərinin başçısı oldu. Daha sonra Antakyaya doğru yönəldi və oranı fəth etdi.

Afşin bəy 1071-ci ildə Alparslan kakanın başçılığı ilə Malazgirt savaşına qatıldı və böyük Malazgirt (Malazqirt) zəfərinin iştirakçısı oldu.

Afşin bəy haqqında son bilgi Alparslan kakandan sonra Məlikşah kakanın dönəmində 1075-ci ildə Anadoludan Hələbə getməsi bilgisidir. Hələbə getdikdən sonra Afşin bəy haqqında heç bir bilgi yoxdur. Afşin bəyin ölümü haqqında da bilinən qaynaqlar heç bir bilgi vermir.

Tarixdə izsiz yox olan bu böyük başbuğ və Türk bəyi qaynaqlarda zəki, bilgili, cəsur və imanlı, dinə bağlı biri kimi adamların sevgisini qazandığı təsvir edilməkdədir.

Afşin (Avşin, Abşin) bəy
Afşar bəyi simgələyən rəsim.
Afşin (Avşin, Abşin) bəy
Malazgirt zəfərianə aid çəkilən bir rəsim.
Afşin (Avşin, Abşin) bəy
Diriliş Ərtuğrul filimindəki Afşin bəy.
Afşin (Avşin, Abşin) bəy
Səlcuqlu qartalı Afşin bəy dizisindən bir rəsim.
Yazar: Şükür Məhişoğlu Oxunma: 547 Bölmə: Adamlar
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?