Arama
Adnalı kəndi (Şamaxı)

Adı: Adnalı kəndi (Şamaxı).

Bağlı olduğu el (rayon): Azərbaycan, Şamaxı.

Qurulması: Bilinmir.


Haqqında digər bilgi:

Adnalı kəndi (Şamaxı), Şamaxı rayonuunda kənd və inzibati ərazi vahidinin (i.ə.v) mərkəzi. Şamaxı şəhərindən 7,5 km güney-batıda, Ələt-Ləngəbiz silsiləsininquzey yamacındadır. Əhalisi 1005 (2008-ci il sayımına görə) nəfərdir, 175 təsərrüfatı var. Əhalisi taxılçılıq, heyvandarlıq və üzümçülüklə məşğuldur. Kənddə tam orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, klub, kitabxana var.

Adna kəndinin adı qədim türk dillərində adana/adına/aduna formasında olub “axtalanmış dəvə, at ilxısı, at saxlanılan yer” mənalarında işlənmişdir. Burda məskunlaşan Türk boyları çox güman ki, İlxıçılıqla məşğul olmuşlar və İlxıçı obaları ilə yaxın əlaqələri varmış. Belə ki, kəndin yaxınlığında Ağsu rayonuna bağlı İlxıçı kəndidə yerləşməkdədir.

İstifadə edilmiş qaynaqlar: Azərbaycan Milli Ensiklopediyası, 1-ci cild, Bakı, 2009, s. 96, Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 1-ci cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 12, http://shamakhi-encyclopedia.az/category/essay/shamakhi-region-settlements/.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?