Hər bilgini əhatə edən bitig
Avesta, Zərdüşlər üçün müqəddəs hesab olunan Zərdüş dininin kitabı. Avesta kitabının ortaya çıxışı Zərdüşlə bağlıdır və m. ö. 2000-ci illərə qədər keçmişinin olduğu iddia edilməkdədir. Kitab zərdüş inancının müqəddəs kitabı hesab olunur və kitabda zərdüşlərin necə yaşaması və fəaliyyət göstərməsi üçün çərçivə qaydalar verilmişdir.
Zərdüş (Zarduşt, Zərdust) bəzi tədqiqatçılara görə özünün ruhani düşüncələri olan, düşüncələrini yayan filosof və öz inancının baş ruhanisi, bəzi tədqiqatçılara görə isə Allah tərəfindən yer üzünə göndərilmiş Allahın elçisi olmuşdur.
Hürrəmilik, içində İslamın təhrif olunmuş qayda və ibadət formalarını barındıran məzdəkçiliyin bir qoludur. Məzdəkçiliyin digər qollarından əsas fərqi ruhun bir bədəndən digər bədənə keçməsinə inandıqları üçün Ebu Müslim Horasaninin öldüyünə inanaraq onun ruhunun başqa bədəndə yaşamasına etiqad etmələridir.