Yusif Küseyir oğlu türbəsi, daş kitabəyə görə Naxçıvanlı Əcəmi (Memar Əcəmi) tərəfindən Yusif Küseyir oğlunun şərəfinə inşa edilmiş abidədir. Abidənin üstündə “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Kuseyir oğlunundur” sözləri yazılmışdır.