Tengri inancı Türklərin İslam dinindən öncə mənsub olduqları dini inancdır. Türk qaynaqlarından məlum olduğu kimi Tengri inancının qayda-qanunlarını, yəni Tengrinin buyruqlarını Oquz (Oğuz) kakana (hakan, xaqan) bir yaradılmış öyrətmişdir. Oquz kakanda bu qayda-qanunları yasa-törə olaraq yazdırmış və Tengrinin əmirlərini dünyanın dörd bir tərəfində yaymaq üçün dünyanın dörd bir tərəfinə adamlar-əsgərlər göndərmişdir.