Coğrafiya elminin VIII-X əsrləri əhatə edən hissəsi orta əsrlər dövrünün coğrafiyası hesab edilir. VII əsrdən başlayaraq ərəblər tərəfindən İslam dini, ərəb dili, mədəniyyəti və digər biliklər böyük ərazilərdə sürətlə yayılmağa başladı. Ümumiyyətlə Ərəb xilafəti ölkələrində VIII-IX əsrlər mədəniyyətin və elmin görünməmiş çiçəklənməsi dövrü olmuşdur.