Yaşayış yerləri və həyat tərzi: Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir. Yuvasını aprel ayında tikir, hər il 2-3 ədəd yumurta verir, 43 gün kürt yatır. Balalar 55-60 günlük olanda uçur, amma yuvasını tərk etmirlər. Erkək quş yem daşıyır, ana quş balalarını yedizdirir. Daha çox leşlə qidalanırlar, eyni zamanda siçan dovşan və s. kimi məməliləri, bildirçin, ördək, iri ağnaz və s. kimi quşları (hətta yırtıcı quşları) ovlayırlar.