Coğrafiya - yer kürəsinin təbiətini öyrənən elm sahəsidir. Ən qədim elm sahələrindən biridir. Yunancadan tərcüməsi “yeri təsvir edirəm” deməkdir. Qədim Çin, Hindistan, Misir, Yunanıstan və digər ərazilərdə yaşayan xalqların coğrafi biliklərin inkişafında xidmətləri olmuşdur.