Arama
Aba güləşi

Aba güləşi, Türk budunu (milləti) tərəfindən min illiklər boyu gəliştirilərək günümüzə qədər gəlib çıxan güləş növüdür. Aba güləşinin əmələ gəlməsi miladdan öncə mininci illərə qədər gedib çıxır. Türk budunu savaş və əsgəri bir həyat tərzi ilə yaşadığı üçün okçuluq və atçılıq ilə yanaşı özünü gəlişdirmək baxımından güləşdə Türk adamı üçün çox əhəmiyyət kəsb etməkdəydi.

Aba güləşidə, Türk budunu içində ən sevilən idmanlardan biri olan güləşin geyimlə güləşilən növüdür. Aba güləşində bahadırlar əyinlərinə aba adlı geysi geyinirdilər. Güləşin bu növünün adıda bu geyindikləri aba geyiminin adından gəlməkdədir. Aba güləşi dünyada geysilərlə güləşilən ilk güləş növüdür. Aba güləşi özü də aşırmalı və qapışmalı olaraq iki yerə ayrılmaqdadır.

Güləşçilərin geyindiyi və aba adı verildiyi geysi isə əsasən keçi tükündən bəzən isə qoyun yunundan keçə düzəltmək üsulu ilə düzəldilmiş məlzəmədən hazırlanan qısa paltardı.

Aba güləşi min illiklər boyunca inkişaf edərək günümüzə olduğu kimi gəlib çatmışdır. Digər tərəfdən də bəzi idman növləri də aba güləşindən törəyərək yaranmış və bəziləri isə aba güləşi üzərində kiçik dəyişikliklər edilərək başqa ad altında fərqli idman növü kimi dünyaya təqdim edilmişdir. Yapon milli idman növü kimi təqdim edilən və adı dəyişdirilib cudo qoyulan idman növü aba güləşindən başqa bir şey deyil. Aba güləşində var olan anlayışlar sadəcə yaponcaya çevrilmiş və geyim materialı dəyişdirilmişdir.

Adları dəyişdirilərək yaponca adlar verilən ancaq aba güləşi hərəkətləri ilə birə-bir eyni olan bəzi hərəkətlər aşağıda verilmişdir:

Aba güləşində - Cudoda
İç bağda boşa qaldırma - O uchi gari
kafaqol - koshi guruma
qalçadan atma - tsuri komi goshi
yandan atma/çipe - harai goshi
iç bağda/yan dönmə - uchi mata
qalçadan yan bağda - o gruma
diz arkasına vuraraq yan bağlama - o soto gurma
danabağı - kata gruma
ayağa vuraraq yan bağda - tai otoshi
tırpan/köstək - ko soto gari

Aba güləşi bütün Türk ellərində sevilən güləş növü olsada günümüzdə Türkiyədə daha çox məhşurdur. Türkiye Geleneksel Spor Dalları Federasyonu tərəfindən aba güləş növü üzrə birinciliklər təşkil edilməkdədir.

Yazının hazırlanmasında Türkiye Geleneksel Spor Dalları Federasyonu (https://gsdf.gov.tr/tr/spor/aba-guresi) tərəfindən hazırlanmış məqalədən və Türkiye Geleneksel Spor Dalları Federasyonunun şəkillərindən istifadə edilmişdir.

Aba  güləşi
Aba güləşindən bir rəsim.
Aba  güləşi
Aba güləşindən bir rəsim.
Aba  güləşi
Aba güləşindən bir rəsim.
Aba  güləşi
Aba güləşindən bir rəsim.
Aba  güləşi
Aba güləşindən bir rəsim.
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?