Arama
8 noyabr zəfər günü

Adı: 8 noyabr zəfər günü.

Təsis tarixi: 3 dekabr 2020-ci il.

Nə üçün keçirilir: Bu tarixdə Azərbaycanın hərbi qələbəsi rəsmiləşmişdir.

İstehsalat təqvimində: İş günü deyil, milli gün.


Haqqında digər bilgi:

8 noyabr zəfər günü, Azərbaycan Silahlı Qüvvələrinin torpaqların işğaldan azad etmək üçün 27 sentyabr 2020-ci ildə başladığı hərbi əməliyyatın qələbə ilə bitdiyi günüdür. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci ildə imzaladığı sərəncamla hər ilin 8 noyabr günü Zəfər günü kimi qeyd edilməkdədir.

Savaş cəmi 44 gün çəkmiş və işğal altında olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?