Arama
38 dəqiqəlik savaş (müharibə)

Adı: 38 dəqiqəlik savaş (müharibə).

Savaşın tarixi: 27 avqust 1896-cı il.

Savaşın tərəfləri: Zənzibar Sultanlığı və İngiltərə Krallığı.

Savaşın səbəbi: Sultan Xalid ibn Bərqaşın Almaniyanı müttəfiq seçməsi və İngiltərəni düşmən elan etməsi.

Savaş qüvvələri: İngiltərə Krallığı: 900 nəfər əsgər, topla təchiz edilmiş üç hərbi gəmi. Zənzibar Sultanlığı: 2800 nəfər əsgər, bir top və zəif təchiz edilmiş bir hərbi gəmi.

Sonucu: İngiltərə qalib gəlib,Zənzibar məğlub olub. Sultan Xalid ibn Bərqaş Zənzibardan qaçıb.

Savaşda itkilər: ingiltərə: Bir əsgər yüngül yaralanıb. Zənzibar: 570 nəfər ölüb və bir hərbi gəmi batırılıb.


Haqqında digər bilgi:

38 dəqiqəlik savaş (müharibə), İngiltərə krallığı ilə Zənzibar Sultanlığı arasında 27 avqust 1896-cı il saat 9:00-da başlayan və 9:38-də Zənzibarın məğlubiyyəti ilə başa çatan dünyanın ən qısa müharibəsidir.

Zənzibar Sultanı Həmad ibn Tuvai iddiaya görə Almaniyanın dəstəyi ilə Xalid ibn Bərqaş tərəfindən sui-qəstlə öldürüldükdən sonra Xalid ibn Bərqaş yenə Almanların dəstəyi ilə Sultan seçilmişdir. Sultan seçilən gün Almaniya ilə müttəfiqliyi və İngiltərə ilə əlaqələrin kəsildiyini elan etmişdir. Bundan sonra İngiltərə Zənzibara müharibə elan etmiş və 27 avqusta qədər təslim olmaq üçün vaxt vermişdir. Bunu ciddiyə almayan və Almaniyaya arxayın olan Xalid ibn Bərqaş İngiltərə ilə savaşa girdi. Cəmi 38 dəqiqədən sonra məğlub olub Almaniya konsulluğunun yardımı ilə ölkədən qaçdı.

38 dəqiqəlik savaş (müharibə)
Döyüşün getdiyi Zənzibar qalasından bir görünüş.
Yazar: Şükür Məhişoğlu Oxunma: 163 Bölmə: Tarix
Paylaş: Facebook
Hesaba giriş
Üzvülük adınız: Üzv olun Şifrəniz: Şifrənizi unutmusunuz?